14 C
Baku
30 Aprel 2026, 14:27
Dünya

Vyetnam prezidenti Vo Van Tuonq istefa verdi

Bugun.tv xəbər verir ki, Cənub-Şərqi Asiya ölkəsi Vyetnamda prezident Vo Van Thuong-un istefa verib.

Vietnam News saytının məlumatına görə, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi məsələ ilə bağlı bəyanat verib. Bəyanatda Thuong-un partiyanın müddəalarını “pozduğu” və bu vəziyyətin mənfi ictimai rəyə səbəb olduğu, partiyanın, ölkənin və Thuongun reputasiyasına təsir etdiyi bildirilib.

Açıqlamaya görə, partiyanın və dövlətin əsas liderlərindən biri olduğu bildirilən Thuong tutduğu vəzifədən “könüllü” istefa verib və Mərkəzi Komitə istefanı qəbul edib.

Bəyanatda paylaşılıb ki, Thuong prezident olmaqla yanaşı, Vyetnamda ən yüksək qərar qəbuledici orqan kimi tanınan 16 üzvdən ibarət Siyasi Büro üzvü, partiyanın mərkəzi komitəsinin üzvü kimi vəzifələrinə xitam verilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu