25 C
Baku
27 İyul 2024, 7:38
Baş xəbərSosial

Xəstələri çaşbaş salan analiz cavablarına görə kim məsuliyyət daşıyır?

Həkimlər sağlamlığımızın keşikçiləridir. Amma təəssüf ki, zaman-zaman “bəzi” işini yaxşı icra edə bilməyən  tibb içilərinin səhlənkarlığı ucbatından vətəndaşların səhhətinə ciddi zərər dəydiyi müşahidə edilir. Məsələn, zaman-zaman xəstəyə yanlış diaqnoz qoyulur ki, bu da daha ciddi fəsadlara yol açır,hətta bəzən ölümlə nəticələnir. Qanuna əsasən,təkcə yanlış müalicə aparan yox, yanlış diaqnoz qoyaraq xəstənin həyatını təhlükəyə atan həkimlər də cinayət məsuliyyətinə cəlb olunurlar.

Əhalinin sağlamlığının qorunması haqqında qanuna görə hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və praqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılan müalicənin nəticəsi haqqında məlumat əldə etmək hüququna malikdir. Diaqnostika zamanı yol verilən səhvlər xəstənin həyatını təhlükəyə atmaqla yanaşı həm də cinayət məsuliyyəti yaradır. Onu da deyək ki, çox zaman vətəndaşlara ayrı-ayrı tibb müəssisəsində fərqli diaqnozların qoyulduğunun şahidi oluruq.

Vəkil Ceyhun Məmmədovun sözlərinə görə, belə fərq olduqda vətəndaş həmin tibb müəssisəsinə məsələnin aydınlaşıdırlması üçün müraciət etməlidir. “Təcrübədə elə olur ki, analizlərin dəyişik salınması, qeyri-peşəkar yanaşılması halları mövcud olur.  Əgər vətəndaş ilkin klinikaya müraciət etdikdə və ona səhv analizlər təqdim edildikdə vətəndaşın məhkəmə müraciət etmək hüququ var. Məhkəmədə mənəvi zərərin ödənilməsi ilə bağlı təzminat tələb irəli sürülə bilər. Bundan başqa vətəndaş xəstə həm də istehlakçı hesab olunur. Buna görə də, o, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilər”.

Əməl qəsdən, yaxud səhlənkarlıq ucbatından baş veribsə, təqsirkarlar müəyyən edilən qayda və həcmdə ziyanı ödəməyə borcludular. “Cinayət əməlləri aşkar edilidiyi halda ehtiyatsızlıqdan sağlamlığa vurlan zərərə görə, klinika 1200-dən 2400 manatadək cərimə və ya 2 ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər. Eyni zamanda 1 ilədək müddətə azadlığı məhdudlaşdırılar və ya azadlıqdan məhrum edilər. Klinika barədə cinayət işi başlandığı halda təbii ki, həmin səhv diaqnoz verən həkim və ya səhv müayinə edən həkim barəsində cinayət işi başlanılacaq. Həmin həkim birmənalı qaydada tutduğu vəzifəsindən azad ediləcəkdir”.

Qeyd edək ki, vətəndaş səhv tibbi xidmət zamanı vəfat edərsə, bu zaman ailə üzvlərinin məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ var.

Bugün TV

Oxşar xəbərlər

Memorandumuna əsasən bizə daha 5 minaaxtaran it verilib

Aynur Camal

“M360 Eurasia 2023” konfransı baş tutub

Aynur Camal

Prezident: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu