19 C
Baku
8 Sentyabr 2024, 3:19
İdman

Xəzərdə avarçəkmə ənənəsi bərpa edilir

Ölkəmizdə avarçəkmənin inkişafı və kütləviliyin artırılması üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu istiqamətdə növbəti layihəsini gerçəkləşdirir – dekabrın 24-də Xəzər dənizində, Dənizkənarı Bulvarda (Su İdmanı Sarayının yanı) avarçəkmənin ənənələri bərpa ediləcək və rəsmi olaraq məşqlərə başlanılacaq.

Bugun.tv xəbər verir ki, idman ictimaiyyətinin nümayəndələri və rəsmi şəxslərin də iştirak edəcəyi tədbir media nümayəndələri, həmçinin tamaşaçılar üçün açıq təşkil olunacaq. Tədbir saat 10:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanda avarçəkmə ənənələri məhz Xəzər dənizi ilə bağlıdır. Ölkəmizdə avarçəkmə idman növü ilə ötən əsrin 30-cu illərində məhz Bakı bulvarı ərazisində məşğul olunmağa başlanılıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

C.Buffon maraqlı paylaşım edib

Nigar Məmmədova

Yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə komanda hesabında dünya çempionu oldu

Teymur Əziz

Kostomarov idmanla məşğul olmaqdan danışdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu