14 C
Baku
28 Mart 2024, 18:08
Siyasət

Sadir Japarov İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bugün.tv xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq, səriştə və xalqa sədaqət nümunəsi olan keyfiyyətləriniz Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq dərin hörmət qazandırır. Fərəhlə qeyd etməliyəm ki, Sizin strateji baxışlarınız və həyata keçirdiyiniz səmərəli iqtisadi islahatlar Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu və Azərbaycan xalqının rifahını əhəmiyyətli dərəcədə möhkəmləndirib.

Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq və nəqliyyat-logistika imkanlarının genişlənməsi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində bu il misli görünməmiş səviyyəyə yüksəlmişdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə tükənməz enerji arzu edirəm”.

Bugün TV

Oxşar xəbərlər

Şanxayda məhdudiyyətlər tədricən qalxacaq.

Bugün TV

Müstəqil siyasət aparan ölkələr Ağ Ev üçün qəbuledilməzdir – DEPUTAT

İntizar Əmirova

Azərbaycan prezidenti Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib(FOTO)

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu