Bugun.tv xəbər verir ki, “yoğun bağırsaq” kimi tanıdığımız kolon xərçəngi ən çox görülən xəstəlikdir və müalicə prosesi çətin olur. Ancaq erkən diaqnoz və müdaxilələr onun aradan qaldırılmasına təsirli edə bilir.
Vaşinqton Universitetinin alimləri 5000-dən çox xəstənin sağlamlıq məlumatlarını araşdırıblar. ABŞ-da aparılan araşdırmalara görə, qarın ağrısı, rektal qanaxma, ishal və dəmir çatışmazlığı anemiyası erkən mərhələdə kolon xərçəngi riskinin yüksək olduğunu göstərir.
Tədqiqatda qeyd olunub ki, 50 yaşdan aşağı olanlarda xəstəliyin diaqnozundan 3 ay-2 il əvvəl müşahidə olunan qarın ağrısı, düz bağırsağın qanaxması, ishal və dəmir çatışmazlığı anemiyası kimi simptomlar yüksək riskə işarədir. Bunlardan birinin özünü biruzə verməsi xəstəliyə tutulma riskinin iki qat, yəni ən az 3,5 dəfə, 2-3 və ya daha çox olduqda isə azı 6,5 dəfə artırır.
Mənbə: Ensonhaber