Image default
Texnologiya

Xəstələrin əllərini tutan robot qol hazırlanıb

Türkiyəli mütəxəssislər huşunu itirən xəstələrə, xüsusən də xəstəxananın reanimasiya şöbələrində müalicə olunanlara qohumunun əlindən tutmaq hissi verən əl formalı cihaz hazırlayıb.

“Terapevtik Toxunma” adlanan cihaz 1 ilə ərsəyə gəlib. O insan əlinin hissi ilə yanaşı, reanimasiyada müalicə alan xəstələrə müsbət təsir etmək üçün hazırlanıb və cihaza musiqi səsləri əlavə edilib. Xüsusi materialdan hazırlanan cihaz yatan xəstənin əlinə yerləşdirilir, əl vaxtaşırı sıxma refleksləri həyata keçirir.

İnsanlar, xüsusilə COVID-19 dövründə, yoluxma ehtimalı səbəbindən xəstələrini ziyarət edə bilmirdilər. Buna görə də, mütəxəssislər uzaqda olan yaxınlarını yanında hiss etmək üçün belə bir cihaz ərsəyə gətirilib.

O insan əli sıxmaq qabiliyyəti ilə yanaşı, ovucda istilik hissi yarada bilir. Tədqiqatçlar hazırda xəstələrin yaxınlarının və təbiət səslərini yeni texnologiyaya köçürməyi sınaqdan keçirirlər.

Yeni texnologiyanın reanimasiyadakı xəstələrin müalicəsinə musiqi və toxunma ilə töhfə verəcəyi bildirilir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

ABŞ-Çin münasibətlərində yeni gərginlik: Süni intellekt texnologiyaları əsas müzakirə mövzusu olacaq

Aynur Camal

“Nəzarətdən çıxan süni intellekt ABŞ-ı qarışdırdı: Dayandırma düyməsinə basın”

Aynur Camal

Google süni intellekt sahəsində üç yeni modelini istifadəyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu