Image default
Baş xəbərSosial

Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni binası və klinikası istifadəyə veriləcək

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və müasir tədris klinikasının rəsmi açılış mərasimi iyunun 12-də saat 11:00-da keçiriləcək.

Bugun.tv xəbər verir ki, açılış mərasimi Azərbaycanda baytarlıq təhsilinin inkişafına, müasir tədris imkanlarının genişləndirilməsinə və gələcək baytar mütəxəssislərinin hazırlanmasına yönəlmiş mühüm hadisə kimi dəyərləndirilir.

Bildirilib ki, yeni tədris infrastrukturu tələbələrin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlar əldə etməsinə, elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsinə və beynəlxalq standartlara uyğun klinik təcrübə qazanmasına şərait yaradacaq. Müasir tədris klinikası isə tələbələrin peşəkar hazırlığının gücləndirilməsi və heyvan sağlamlığı sahəsində keyfiyyətli xidmətlərin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq.

Mərasimdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, baytarlıq sahəsi üzrə mütəxəssislər, beynəlxalq tərəfdaşlar, media nümayəndələri və digər qonaqların iştirakı gözlənilir.

Tədbir proqramına rəsmi çıxışlar, fakültənin inkişaf perspektivlərinə dair təqdimatlar, eləcə də yeni tədris binası və klinikanın infrastrukturu ilə tanışlıq turu daxildir.

Qeyd edək ki, HASVET Baytarlıq Təbabəti Fakültəsi müasir təhsil, elmi araşdırma və klinik təcrübəni bir araya gətirən innovativ akademik mühit formalaşdırmaqla Azərbaycanda və regionda baytarlıq təhsilinin inkişafına töhfə verməyi hədəfləyir.

Mənbə: Kanal20TV

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Aynur Camal

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

“CineMastercard” Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün xüsusi kampaniyaya başladı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu