14 C
Baku
17 Aprel 2025, 19:32
Baş xəbərSosial

Xaçmaz rayonunda növbəti təlim təşkil olundu

Bugun.tv xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (ƏQC.İB) Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı, Gəncə şəhərləri, Qusar, Quba. Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində Xaçmazda dövlət qurumlarına növbəti təlim təşkil olunub.

Təlim  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz Regional şöbəsinin ofisində keçirilib.

Peşəkar təlimçi Etika Akademiyasının direktoru Günel İbrahim tərəfindən xüsusi formatda təşkil edilib. Təlimin keçirilməsində məqsəd dövlət, vətəndaş cəmiyyəti və özəl təşkilatlarının iştirakı ilə əlilliyi olan qadın və qızlara qarşı ictimai yerlərdə olan münasibətin dəyişməsi və onlara qarşı olan zorakılıq hallarının qarşısının alınması, onlar üçün icitmai xidmətlərin müyəssərliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır.Təlimdə əsasən dövlət təşkilatlarının işçilərinə və xidmət personalı üçün əlilliyi olan qadınlar və qızlara diqqət yetirməklə əlilliyi olan insanlarla peşəkar etik ünsiyyət üzrə praktiki təlimatlandırılma aparılıb.

Təlim aşağıdakı sahələri əhatə edib:

Birgə yaşamaq mədəniyyəti;

Etik davranıış qaydaları;

Əlilliyi olan qadınlarla davranış etikası;

Öhdəliklərimiz;

Beyin kodları;

İctimaiyyətin vəzifəsi;

Təlimdə iştirak edən dövlət qurumlarının əməkdaşları, iş adamları, sahibkarlar maraqlı təlimin təşkilindən məmnunluqlarını bildiriblər. Təlim iştirakçıları hər bir dövlət qurumlarının əməkdaşlarına bu təlimin davamlı təşkilinə ehtiyacın olmasını bildiriblər. Öyrədilən materialların aşılanma səviyyəsini ölçmək məqsədi ilə başlanğıc və sonda test sualar paylanılıb. Təlim sonunda konsultasiya yazılanların qeydiyyatə aparılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.

The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.

QEYD: Dövlət qurumları nümayəndələrinə keçirilən təlimin keyfiyyəti, psixoloji təlqini, mütəxəssis bacarığının yüksək səviyyəsi təlimin təşkilinə daha çox marağın yaranmasına səbəb olub. Təlimlərin keçirilməsi layihənin uğurlu fəaliyyətlərindən biri hesab edilir. Layihənin təlimçisinin təlimlərin keçirilməsində maraqlı və gündəmdə öncəlik yaradılmasında taktiki gedişlərinin böyük rolu var. Sosial şəbəkələrdə davamlı gündəmdə olması səbəbindən  layihənin yüksək reytinqi yaranıb.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

Təlimdə 26 nəfər iştirak edib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

G7 nüvə gərginliyini azaltmağa çağırdı

Aynur Camal

Dövlət qurumlarının əməkdaşlarına iki günlük təlim təşkil olundu

Elnarə Dərziyeva

Saxta dərman əməliyyatı: 11 nəzarətə alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu