18 C
Baku
16 Mart 2025, 17:16
Kriminal

Xadimə işlədiyi evdən oğurluq edən qadın saxlanıldı

Xətai rayonunun N.Əliyev küçəsindəki mənzilən 38.750 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsi barədə əsaslı şübhələr yaranıb.

Məlum olub ki, ötən il dekabrın 28-dən fevralın 14-nədək olan müddətdə ev sahiblərinə məxsus seyfdən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38.750 manatı gizli yolla talaması müəyyən olunub.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.

L.Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Saxta əsginas dövriyyəsində şübhəli bilinən şəxslər polislər tərəfindən saxlanıldı

Aynur Camal

398 şübhəli yaxalandı

Bugün TV

DEAŞ-ın qondarma lideri və iki nəfər yaxalandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu