Bugun.tv xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova “ANA həsrəti” adlı yeni mahnı və klip layihəsini təqdim etməyə hazırlaşır.
Bakı Sağlamlıq Mərkəzi və Ümid Yeri Uşaq Sığınacağında uşaqların iştirakı ilə lentə alınan layihənin musiqisi bəstəkar Sevinc Tofiqqızına, sözləri isə Samir Əflatunoğluna məxsusdur. Mahnının aranjemanı Fərahim Sadiq tərəfindən hazırlanıb.
Cəmiyyətin diqqətini bir daha körpəlikdən ailə qayğısından məhrum uşaqlara qayğı göstərməyə, onların səsinə səs verməyə yönəldən bu mahnının bəstəkarı Sevinc Tofiqqızı bildirib ki, bu cür əsərlər uşaqlara sevgi, mərhəmət və ümid mesajı daşıyır: “Bir uşağın gülüşündə dünyanın ən saf sevgisi yaşayır”.
Qeyd edək ki, klipin rejissoru İntiqam Dadaşov, operatoru Orxan Ağaoğlu, montaj və color işləri isə Mətləb Fərzəli tərəfindən həyata keçirilib.
Layihəyə göstərilən dəstəyə görə “Ümid Yeri” uşaq sığınacağının təsisçisi və rəhbəri Nigar Mənsimovaya xüsusi təşəkkür edilib.
Qeyd edək ki, “ANA həsrəti” mahnısı və klipinin təqdimatı yaxın günlərdə baş tutacaq.



