18 C
Baku
28 Oktyabr 2025, 1:31
Baş xəbər

Xankəndidə təşkil olunan kursların iştirakçıları məzun oldu

Xankəndidə təşkil olunan tikişçilik kurslarından bir hissəsi artıq yekunlaşıb.

Kursları  başa vuran 163 keçmiş məcburi köçkünə peşə sertifikatları təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Xankəndi şəhərində “Accelerated Career Academy” ilə birgə təşkil etdiyi tikişçilik sahəsi üzrə peşə hazırlığı kurslarından artıq bir hissəsi başa çatıb.

Bugun.tv-yə daxil olan məlumata görə, kurslara işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən 300-ə yaxın müdavim cəlb edilib. Onlardan kursları başa vuran 163 şəxsə peşə sertifikatları təqdim olunub, digər müdavimlər üçün isə kurslar davam edir.

Kursları bitirənlər Xankəndi şəhərində istifadəyə veriləcək tikiş fabrikində işlə təmin ediləcəklər.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Batan gəmidən tapılan maşın hər kəsi şoka saldı

Aynur Camal

İki motosiklet toqquşdı: 3 nəfər yaralandı

Aynur Camal

Mikroavtobus barmaqlıqlara çırpıldı: 6 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu