Baş xəbərSiyasət

Xarici işlər naziri Abdullahiyan tezliklə Səudiyyə Ərəbistanına səfər edəcək

Bugun.tv xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər edəcək.

TRT Haber” İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Kənani paytaxt Tehranda keçirilən həftəlik mətbuat konfransında gündəmə dair sualları cavablandırıb. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin İran prezidenti İbrahim Rəisini ölkəsinə rəsmi dəvət etməsinin sualına isə Kenani, “Bu səfərin tarixi hələ müəyyənləşməyib. Səfər tarixin müəyyənləşdiyi uyğun vaxtda baş tutacaq.” dedi.

İki ölkə arasında əlaqələrin inkişaf prosesinə girdiyini dilə gətirən Kənani, “İran xarici işlər nazirinin Səudiyyə Ərəbistanına səfəri yaxın vaxtlarda baş tutacaq. Bu səfərdə iki ölkənin iqtisadi əlaqələrinin inkişafı nəzərdə tutulur. eləcə də müxtəlif məsələlər müzakirə olunacaq”. ifadələrdən istifadə etmişdir. Tehranın sanksiyalara görə ölkə hüdudlarından kənarda bloklanan valyuta resurslarından danışan Kenani Yaponiyada saxlanılan pulların bir hissəsinin İrana gətirildiyini bildirib.

ABŞ ilə məhbus mübadiləsi və bloklanan valyutanın sərbəst buraxılması ilə bağlı razılaşmanın nüvə anlaşması ilə birbaşa əlaqəsi olmadığını ifadə edən Kenani, ölkəsinin nüvə anlaşması çərçivəsində sanksiyaların aradan qaldırılmasına əməl edəcəyini vurğulayıb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycana gələn turistlərin 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır

Aynur Camal

Laçın rayonunun iqtisadiyyatı 25 dəfə böyüyüb – Vüqar Bayramov

Aynur Camal

Çin prezidenti Si Cinpin ŞƏT sammitində iştirak edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu