DünyaHadisə

Xartumdan Ər-Riyada yola düşən təyyarə atəşə məruz qaldı

Sudanın paytaxtı Xartumdan  Ər-Riyada yola düşmək üzrə olan təyyarə səhər saatlarında atəşə tutulub.

Bugun.tv xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Hava Yolları məlumat yayıb.

Təyyarənin hücuma görə hərəkət edə bilməyəcəyi və bütün heyətin Səudiyyə Ərəbistanının Xartum səfirliyinə sığındığı bildirilib.

Hadisədən sonra Ər-Riyaddan Sudana gedən hava nəqliyyatının geri döndüyü və uçuşların dayandırıldığı qeyd olunub.

Qeyd edək ki, səhər saatlarında Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurma baş verib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Mail.ru poçtunda böyük dəyişiklik: xarici proqramlara giriş pullu ola bilər

Aynur Camal

Böyük Britaniyada 17 min illik mağara rəsmləri yenidən qiymətləndirilib

Aynur Camal

İki helikopterin toqquşması nəticəsində altı nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu