25 C
Baku
27 İyul 2024, 4:00
Texnologiya

Xiaomi 14 Ultra dizaynı və texniki xüsusiyyətləri açıqlandı

Bugun.tv xəbər verir ki, Xiaomi 14 Ultra flaqman kamera telefonunun WinFuture portalı tərəfindən dərc edilən cihazın renderlərindən göründüyü kimi kənarlarında əyri ekran olmayacaq.

Xiaomi 14 Ultra da əvvəllər gözlənildiyi kimi titan çərçivə almayacaq – bunun əvəzinə korpus alüminium çərçivə ilə təchiz olunacaq. Həmçinin məlum olub ki, yeni kameralı telefon 6,73 düym diaqonalı, 3200×1440 piksel təsvir ölçüsü 120 Hertz yeniləmə tezliyi və maksimum parlaqlığı 3000 nit olan düz AMOLED ekranla təchiz ediləcək.

Arxa paneldəki kamera 50 meqapiksellik dörd modula sahib olacaq. Əsas bir düymlük sensora və dəyişən diyafram obyektivinə sahib olacaq. Əlavə iki kamera 3,2x və 5x optik zum təklif edəcək. Dördüncüsü isə f/1.8 diyaframı olan ultra geniş bucaqlı obyektivə sahib olacaq.

Digər xüsusiyyətlərə displeydə olan barmaq izi skaneri, Wi-Fi 7 və Bluetooth 5.4, həmçinin təmassız ödəniş üçün NFC çipi daxildir. Bundan əlavə, qadcet IP68 standartına uyğun olaraq su və tozdan qorunacaq.

Əvvəllər bildirilmişdi ki, yeni smartfonun fərqləndirici xüsusiyyəti titan korpus olacaq. Xiaomi 14 Ultra Mobile World Congress 2024-də təqdim edilməlidir. Sərgi fevralın 26-dan 29-dək İspaniyanın Barselona şəhərində keçiriləcək.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Bu dövlətlər kosmik texnologiyalar sahəsində razılığa gəldilər

Teymur Əziz

Bu proqramı telefonunuza yükləmisinizsə dərhal silin! Bank hesablarının ələ keçirilməsi…

Teymur Əziz

Kompüteri uzunömürlü etməyin yolları – TÖVSİYYƏ

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu