11 C
Baku
15 Aprel 2025, 23:13
Baş xəbərMədəniyyət

“Xidmətim xalqa, qiymətim haqqa”

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov filialında sevilən ictimai xadim, şair publisist, Nərimanov Ağsaqqal Şurasının İH üzvü Mərcan Şahbuzlunun yaradıcılığına həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Bugun.tv xəbər verir ki, bu vətənpərvər, tanınmış şairə Mərcan Şahbuzlunun oxucularına təqdim etdiyi altıncı kitabıdır.

Onun əsərləri oxuculara, gənclərə hərbi vətən- pərvərlik və dövlətçilik tərbiyəsi, vətənə, xalqa, torpağa əqidəcə, məsləkcə bağlanmaq sahəsində qiymətli dəyərlər aşılayır.

Qeyd edək ki, tədbirdə Ana dilimizdə yazıb yaradan, daima respublikamızda keçirilən ictimai, siyasi toplantılarda bədahətən söz demək bacarığı ilə çoxlarını heyran qoyan vətənpərvər şairənin şəninə yaraşan bir çox fikirlər səsləndi.

Çıxış edənlər bildirdilər ki, O doğma Azərbaycanımıza, Bakı, Naxçıvan, Təbriz, Türkiyə, Şahbuza həmçinin milli qəhrəmanlarımıza, bayrağımıza, ictimai siyasi xadimlərə həsr etdiyi şeirləri ilə də tanınır. Mərcan xanımın aşıq şeirləri, ustadnamələri, mahnı və marşları oxucuların yaddaşına asanlıqla köçür. O, insanları sadəliyə, səmimiyyətə, ülviyyətə, ədalətə, zəhmətə, halallığa səsləyir.

   Qeyd edildi ki, şairənin artıq işıq üzü görən “Yaxşılıq üçün yaranmışam”, “Sevincimi sevinc ilə bölüşdüm”, “Bütün Cənnətdir Azərbaycan”, “Mənim qürur mənbəyim”, “Mənim taleyim” və “Xidmətim xalqa qiymətim haqqa” adlı 6 kitabı çox sayda oxucular qazanıb.

Mərcan xanımın yaradıcılıq gecəsində Azərbaycanın bir çox görkəmli xadimləri, deputatlar, yazarlar, tanınmış aktyorlar və başqa söz sahibləri çıxış etdilər.

Aynur Camal

Oxşar xəbərlər

Gecikməməyin 5 yolu

Aynur Camal

Prezident Kambocanın Kralını təbrik etdi

Aynur Camal

Alimlər insult riski və şiddəti ilə əlaqəli 10 həyat tərzi faktorunu müəyyən edirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu