Baş xəbər

XII Qlobal Bakı Forumunda sülh çağırışı

“Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, ölkəmiz mötəbər beynəlxalq tədbirlərin əsas ünvanıdır. Bu baxımdan, ölkəmizdə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu qlobal müzakirə platforması hesab oluna bilər”.

Bugun.tv xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

O qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi önəmli beynəlxalq platformadır. Bakı Qlobal Forumu da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən ənənəvi olaraq hər il keçirilir.

Cənab Prezident İlham Əliyev XII Qlobal Forumun açılış mərasimində dərinməzmunlu çıxış edərək dünyada və regionumuzda baş verən proseslər, COP29-un uğurla baş tutması və önəmli qərarların qəbulu ilə bağlı fikirlərini ifadə etdi. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, dövlətimizin başçısı Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Forumda COP29 məsələsi də diqqət mərkəzində oldu. Tədbirin iştirakçıları bu mötəbər beynəlxalq platformanın ölkəmizdə keçirilməsini yüksək qiymətləndiriblər. Cənab Prezident çıxışında vurğuladı ki, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir. Yaşıl enerji bu gün qlobal problemə çevrilən iqlim böhranının da həllinə öz töhfəsini verə bilər. Çünki iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, ətraf mühitinə və ekologiyasına ciddi ziyan vurur. Ona görə də, beynəlxalq ictimaiyyət bu qlobal problemin həlli üçün daim çağırışlar edir. Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi siyasət, gerçəkləşdirdiyi tədbirlər təqdirəlayiqdir. XII Qlobal Bakı Forumunda bu reallıqlar diqqət mərkəzində oldu.

Bütövlükdə, XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzuların müzakirə olunması böyük önəm kəsb edir. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır.

Fatma Yıldırım Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Yalovada meşə yanğını

Aynur Camal

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” matçını stadiondan izləyirlər

Nigar Məmmədova

NASA-ya saxta hissələri satmağa çalışıb: 800 min dollar ödəyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu