Baş xəbər

XİN Fransadakı iğtişaşlarla bağlı xəbərdarlıq etdi

Bugun.tv xəbər verir ki, Xarici İşlər Nazirliyi Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Xəbərdarlıqda Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərə isə çox ehtiyatlı olmaları tövsiyə edilir.

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d’Iéna Paris 75116

TEL:    +33 (0) 1 44 18 60 20

FAKS: +33 (0) 1 44 18 60 25

E-MAIL: paris@mission.mfa.gov.az

secretariat@azambassade.fr

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Aynur Camal

Azərbaycan CNN-in İranla bağlı iddialarını rədd etdi

Aynur Camal

Psixoloqlar açıqlayır: Xırda detalları xatırlayan insanlar sadəcə diqqətli olmurlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu