24 C
Baku
10 Sentyabr 2025, 8:36
Digər

Xızı polisi şəhid ailələri ilə görüş keçirtdi-FOTOLAR

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları Qurban bayramı münasibətilə rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları verib, onları təbrik ediblər. Onların problemləri ilə maraqlanıblar.

Görüşdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb, şəhidlərimizin əziz xatirəsi yad olunub.

Köməklik edilən ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nigar Məmmədova

Oxşar xəbərlər

Bu rayonun küçələri niyə işıqlandırılmır? – REPORTAJ 

Bugün TV

Qazaxıstan və Çin 15 milyard dollar dəyərində 70-dən çox kommersiya sənədi imzaladı

İntizar Əmirova

70 yaşlı model dənizdə çimərlik paltarında üzdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu