Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə ilk köç karvanı yola salınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının müşayiəti ilə Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı mayın 27-də, ikinci köç karvanı isə mayın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Yol boyu köç karvanında olan Xocalı sakinlərinə tibbi xidmətə ehtiyacları yaranan zaman dərhal zəruri tibbi xidmətlər göstərilib.
Beləliklə, Xocalı şəhərinə 24 ailə – 88 nəfər köçürülüb.
Mənbə: facebook