Digər

Xristian əhalisi azalır? İsrail siyasəti ilə bağlı narahatlıqlar artır

Qüds şəhərində xristian əhalisinin sayında son illər kəskin azalma müşahidə olunur. Məlumatlara görə, 1922-ci ildə şəhər əhalisinin təxminən 25 faizini təşkil edən xristianların payı 2025-ci ilə qədər 1,5 faizə qədər geriləyib.

Qeyd olunur ki, bu azalma İsrailin bölgədə həyata keçirdiyi siyasət və artan təzyiqlərlə əlaqələndirilir. Xristian icmasının nümayəndələri dini məkanlara çıxışın məhdudlaşdırıldığını və ibadət azadlığı ilə bağlı problemlərin artdığını bildirirlər.

Rəsmi statistikaya əsasən, Qüdsdə yaşayan fələstinli xristianların sayı hazırda təxminən 13 min nəfərdir. Bu isə şəhərin ümumi əhalisinin çox kiçik hissəsini təşkil edir.

Məlumatlarda həmçinin qeyd olunur ki, son illərdə xristian din xadimlərinə və ziyarətçilərə qarşı müxtəlif hücum və təzyiq halları qeydə alınıb. Religious Freedom Data Centerin hesabatına görə, 2025-ci ildə xristianlara qarşı 170-dən çox hücum və təqib faktı qeydə alınıb.

Eyni zamanda bəzi hallarda dini mərasimlərə girişin məhdudlaşdırılması beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olub. Xristian liderləri bu vəziyyətin bölgədə dini balans və multikultural mühit üçün ciddi risk yaratdığını vurğulayır.

Analitiklər hesab edir ki, mövcud tendensiya davam edərsə, Qüdsdə xristian icmasının sayı daha da azalacaq.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu