27 C
Baku
28 İyun 2025, 9:58
Mədəniyyət

Xurşidbanu Natəvanın 190 illiyi keçiriləcək

Azərbaycanın görkəmli şairi Xurşudbanu Natəvanın doğum günü qeyd olunacaq. Tədbir Türkiyənin Ankara şəhərində gerçəkləşəcək.
Bu barədə Bugun.tv-yə “Azaflı” hüquq şirkətinin rəhbəri Arzuman Azaflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Diaspora Komitəsinin təşkilatçılığı ilə birgə həyata keçirdikləri tədbirdə X.Natəvanın həyat və yaradıcılığından geniş bəhs olunacaq. Şairin 190 illiyinə Azərbaycan və qardaş Türkiyənin dövlət qurumlarından, ictimai-siyasi xadimlərin, şair və yazıçıların qatılacağı gözlənilir.
Gecədə, həmçinin, Xurşudbanu Natəvan haqqında çəkilən sənədli film nümayiş etdiriləcək. Musiqili konsert proqramı olacaq.

Nigar Məmmədova

Oxşar xəbərlər

Usta senarist vəfat edib

Bugün TV

Dövlət Akademik Musiqili Teatrında “Yeni il” şənlikləri keçirilir

Şükufə Ramizqızı

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu