7 C
Baku
21 Dekabr 2025, 2:21
DünyaSəhiyyə

Xərçəngə qarşı peyvənd hazırlanacaq

Xərçəng və ürək xəstəliklərinə qarşı peyvəndlər 2030-cu ilə qədər hazır olacaq.

Bugun.tv xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı əczaçılıq şirkəti Moderna məlumat yayıb.

Şirkət xərçəng, ürək-damar və otoimmün xəstəliklər üçün peyvəndlərin 2030-cu ilə qədər hazır olacağına əmin olduğunu açıqlayıb. Qeyd edilib ki, bu peyvəndlər üzərində aparılan tədqiqatlar çox perspektivlidir.

Modernnanın baş tibb işçisi Dr.Paul Burton, şirkətin beş il ərzində istənilən xəstəlik sahəsi üçün bu cür müalicələri həyata keçirə biləcəyinə inandığını söyləyib.

“Biz bu peyvəndi alacağıq və bu, çox təsirli olacaq. Milyonlarla olmasa da, yüz minlərlə insanın həyatını xilas edəcək. Düşünürəm ki, Covid-19 peyvəndinin əsaslandığı, daha əvvəl müalicəsi mümkün olmayan nadir xəstəliklər üçün yüksək nəticələrimiz olacaq”, – Burton qeyd edib.

Mənbə: NTV haber

Bugün TV

Oxşar xəbərlər

Litva Hind-Sakit okean regionuna hərbçilərini göndərə bilər

Bugün TV

Daşqınlar və torpaq sürüşmələri davam edir

Bugün TV

Maşinistin əl əyləcini çəkməyi unutduğu qatar kilometrlərlə getdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu