Bugun.tv xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Marmara Grupu Vakfının 29-cu Avrasiya İqtisadi Zirvə toplantısı baş tutub.
40-dan çox ölkənin təmsil olunduğu toplantıda 12 ölkənin prezidenti, 700-dən artıq nümayəndə, o cümlədən, dövlət, hökumət və bələdiyyə başçıları, nazir, iş və elm adamları iştirak edib.
Cari ayın 11-dəb 13-ə keçirilən Zirvə toplantısında hər il olduğu kimi, bu il də Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli də dəvət edilib.

Toplantıda giriş sözünü Marmara Grupu Vakfı Başkanı Akkan Suver açaraq, qonaqları salamlayıb. Türkiyə Respublikasının Prezidenti Recep Tayyip Erdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Nobel Mükafatı laureatı Akad Aziz Sancarın Zirvə toplantısının iştirakçılarına ünvanlanmış məktubları oxunub.
Zirvə toplantısının ilk günü İHKİB-nin Başkanı Mustafa Paşahan, Türkiyə İhracatçılar Məclisinin Başkanı Mustafa Gültepe, Böyükelçi, KEİ Baş katibinin 1-ci müavini Merve Safa Kavakçı, PABSEC Baş katibi Asəf Hacıyev, TİKA Başkanı Abdullah Eren, İstanbul Böyükşəhər Bələdiyyə Başkan vəkili Nuri Aslan, xarici qonaqlar adından Bosna Hersek Bakanlar Kurulu Başkanı Borjano Kristo, Türkiyə dövləti adından Cevdet Yılmaz da çıxış ediblər.
1-ci gün keçirilən iclasın 2- ci hissəsində dünyanın 11 ölkəsindən 20-dən artıq dövlət, bələdiyyə və qeyri-hökümət təşkilatlarının nümayəndələri müxtəlif mövzularda məruzə etdilər. Xəzər Universitesinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli həmin iclasın katibliyinə seçildi.

Zirvə toplantısının 2-ci günü keçirilən ilk iclasında Slovenya Prezidenti( 2007-2012) Danilo Türk, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə, İstanbul Rum Patriği Ekümenik Patrik Bartholomeos, Türkiyə Diyanet İşləri Başkanı Ali Bardakoğlu, Türkiyə Süryani Katolik Patrik vəkili və Ruhani rəisi Orhan Çanlı, ABD G20 Dinlərarası Dərnəyinin Başkanı Cole Durham, Belçika Parlamentinin üzvü, Saint-Josse Bələdiyyə Başkanı Emir Kır, Türkiyə Hahambaşı David Sevi, Bosna Hersek-Saraybosna Bələdiyyə Başkanı Samır Avdic, Vatikan -Latin Katolik Kilsesi Ruhani rəsi Massimiliano Palinuro, Eskişehir Böyükşeher Bələdiyyə Başkanı Ayşe Ünlüce və digərləri çıxış edərək, dünyamızda yaranmış vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirdilər.
Zirvə toplantısının sonuncu iclasında sabiq prezidentlər Abdullah Gül (Türkiye -2007-2014), Bamir Topi ( Albaniya – 2007-2012 ), Boris Tadic ( Serbiya- 2004-2012 ), Danilo Türk (Slovenya -2007-2012 ), Emil Constantinescu ( Rumınya – 1996-2000), George İvanov (Makedonya – 2009-2019), İvo Josipovic ( Hırvatistan – 2010-2015), Stjepan Mesic ( Hırvatstan 2000-2010 ), Vaclav Klaus (Çex Respublikası 2003-2013), Petru Luçinski ( Moldova – 1997-2001), Filip Vujanovic ( Karadağ – 2003-2018), Milo Dukanovic ( Qaradağ – 2018-2023) çıxış edərək, son günlər Yaxın Şərqdə və ümumilikdə yaranmış vəziyyətlə bağlı ölkələrinin mövqelərini bildiriblər.
Zizrvə toplantısının sonunda xatirə şəkilləri çəkilib. Marmara Grupu Vakfı tərəfindən xarici ölkə rəhbərlərinin və qonaqların şərəfinə ziyafət verilib.
Mənbə: Kanal20TV



