Baş xəbərDünya

Yəmənə 41 hava zərbəsi endirildi

ABŞ döyüş təyyarələri Yəmənin müxtəlif bölgələrinə intensiv hava zərbələri endirib. Gecə saatlarında başlayan bombardmanlar paytaxt Səna da daxil olmaqla bir çox şəhəri hədəf alıb.

Yəmən mənbələrinin məlumatına görə, ABŞ təyyarələri iki hücumda Səna beynəlxalq hava limanını, digər hücumda isə paytaxtın şimal hissəsini vurub. Hücumlarda daha əvvəl hədəf alınan ərazilərin yenidən bombalandığı və bunun ictimaiyyəti qorxutmaq məqsədi daşıyan bir addım ola biləcəyi bildirilib.

Sənanın cənubundakı Suvad bölgəsi və paytaxt mərkəzindəki Təhrir bölgəsi də atəşə məruz qalıb, mülki əhalinin evlərinə ziyan dəyib. Yəmənin qərbindəki Hudeydə əyalətinin Lahye rayonu 3 dəfə, Suada vilayətinin Sufra rayonu isə 5 dəfə hücuma məruz qalıb.

Həmçinin, şimal-şərqdəki Əl-Cəvf əyalətinin Həmidat rayonu üç, Amran əyalətinin Harf Süfyan rayonu isə 8 hava hücumuna məruz qalıb. Bu hücumlar nəticəsində bölgədə rabitə şəbəkəsi böyük ölçüdə sıradan çıxıb.

ABŞ döyüş təyyarələri Amran əyalətinin Lubbada, Amshiya, Habashe, Əl-Adi, Əl-Əbla və Əl-Cəbəl Əl-Əsvəd bölgələrinə 19 hava zərbəsi endirib.

ABŞ-ın hücumları Yəməndə humanitar böhranı dərinləşdirir və mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verdi

Bugün TV

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir

Bugün TV

ÜST Livana təcili yardım çağırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu