Image default
Baş xəbərDünya

Yagi qasırğası nəticəsində ölənlərin sayı artdı

Vyetnamın şimalını təsir altına alan Yagi qasırğasının yaratdığı fəlakət və qəzalarda ölənlərin sayı 21-ə yüksəlib.

Fövqəladə Halların Qarşısının Alınması və Nəzarət İdarəsi “Yagi” qasırğasının törətdiyi fəlakət və qəzalarda həyatını itirənlərin sayının 21-ə yüksəldiyini, fəlakət nəticəsində 229 nəfərin yaralandığını açıqlayıb.

Açıqlamada tayfun səbəbindən 8 min 17 evin zərər gördüyü, təxminən 110 min hektar çəltik sahəsinin su altında qaldığı bildirilib.

Açıqlamada, daşqın və sürüşmə baxımından yüksək riskli ərazilərdə yaşayanların təxliyə prosesinin davam etdiyi bildirilib.

Vyetnam rəhbərliyi tayfundan zərər çəkmiş bölgələrdə yardım və xilasetmə əməliyyatları aparmaq üçün minlərlə hərbçinin təyin edildiyini açıqlayıb.

Yagi qasırğası səbəbindən ölkənin şimalındakı sahil şəhərlərindən 50 mindən çox insan təxliyə edilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Almaniya ABŞ-ı seçkilərə müdaxilə cəhdlərindən çəkindirdi

Aynur Camal

Zelenski Böyük Britaniyanın baş nazirini “Azadlıq” ordeni ilə təltif etdi

Aynur Camal

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu