Mədəniyyət

Yalan

Nazim Sibel Canın konsertinə bilet tapan kimi, məşuqəsi Gulickaya zəng etdi:

– Gulicka, Sibel Canın konsertinə güc-bəla ilə bilet tapmışam. Axşam səni sarayın qabağında gözləyirəm.

Sonra arvadına zəng edib dedi ki, mən gec gələcəyəm, Sibel Candan müsahibə almağa gedəcəyəm. Səni də aparmaq istədim, Nazimin canı üçün bilet tapa bilmədim. Hara gedəcəksən? Nazagilə, nə deyirəm ki, get də.

Axşam sarayın qabağında Nazim Gulickanı səbirsizliklə gözləyirdi. Uzaqdan Gulickanın gəldiyini görüb, üzündə təbəssüm yarandı. Elə bu vaxt arxadan arvadının səsi eşidildi. Nazim üzündəki təbəssüm yox oldu. Nazim geri dönüb baxanda, arvadı ilə baldızını gördü.

– Nazim, mən də gəldim kinserə. Muradın işi olduğundan konsertə gələ bilmədi, onun yerinə mən gəldim.

Nazim heç vaxt bacanağı Muraddan xeyir görməmişdi.

– Çox yaxşı.

Nazim dönüb baxanda Gulickanı görmədi, o artıq getmişdi. Nazim özünü itirmədi, arvadı və baldızı ilə birlukdə saraya daxil oldu.

– Siz yerlərinizi tutun, mən səhnə arxasına keçim, Sibel Canla görüşüm, müsahibə alım. Konsertdən sonra sizi foyedə gözləyəcəyəm.

Sonra kənara çəkilib, Guliçkaya zəng etdi:

– Guluçka, bu bir təsadüfdür.

– Get bu nağılları arvadına danış – deyib, Gulicka telefonu qapadı.

Nazim bir neçə gün Gulickaya zəng vursa da o telefona cavab vermədi. Nəhayət Gulicka telefona cavab verdi. Nazim barışmaq məqsədi ilə onu şam yeməyinə dəvət etdi. Axşam Nazim Gulickanı restoranın qarşısında, yağışın altında gözləyirdi. Elə bu vaxt Gulya zəng etdi.

– Nazim, hardasan?

– Mən restoranın qarşısında yağışın altında islanmış cücəyə dönmüşəm.

– Mən tıxacdayam, sən keç içəri, sifariş ver, mən də gəlirəm.

– Oldu, ceyran.

Nazim restorana daxil olanda, ele bil onu tok vurdu. Restoranda arvadı ilə baldızı oturmuşdular. Aradan çıxmaq istəsə də, artıq gec idi, baldızı onu görmüşdü.

– Nazim, sən burada neynirsən?

– Mən sizdən soruşmaq istəyirəm, siz burada neynirsiz?

– Bacım bizə qonaq gəlmişdi, evdə yemeyə heç nə yox idi. Həm də bu gün maaş almışam. Sən təksən?

– Hə, yox. Mən restoranın baş aşpazından müsahibə almağa gəlmişəm.

– Yaxşı oldu, ona deyersən bizə yaxşı yeməklər bişirsin.

– Mütləq. Nə sifariş vermisiz?

– Dolma.

– O gün də sizdə dolma yedik. Dadanmısız dolmaya, dolma bir gün olmaya. Yaxşı mən gedim aşpaza deyim dolmanı yaxşı bişirsin.

Nazim aradan çıxıb, mətbəxə tərəf gəldi, Gulickaya zəng vurdu:

– Sən hələ tıxacdasan? Sən bura gələnə kimi restoran bağlanar. Bizim görüşümüz qalsın sabaha.

– Nə deyirəm ki, sen deyen olsun.

– Hələlik, sabah görüşərik.

Nazimin üstündən elə bil ağır yük götürüldü.

Aşiqlər və məşuqlar belə qərara gəldilər ki, qatara minib Gəncəyə getsinlər. Həm ziyarət, həm məhəbbət. Axşam vağzalda görüşüb, qatara minib, kupedə təzəcə rahatlanmışdılar ki, Nazimin telefonu zəng çaldı. Nazim telefonu açdı. Telefonda arvadının səsi eşidildi:

– Nazim, ölürəm, özünü tez çatdır.

– Sən bilirsen ki, mən Gənəyə gedirəm, bir- iki dəqiqəyə qatar yola düşür. Bacını cağır, gəlsin.

– Bacım cavab vermir, telefonunu söndürüb.

Gulicka Nazimə baxdı.

– Yazıqdır, get. Gəncə səfərimiz qalsın sonraya.

Qatardan düşüb, Zulickanı taksiyə əyləşdirib yola saldı. Gulya Nazaya mesaj göndərir.

– Ərin gəlir, qəbul et

Nazim evə gəlib, arvadını sağlam görüb təəccübləndi.

– Naza, bu nə oyundur? Mən sənə görə ezamiyyətdən qaldım.

Naza ona Gulickanın göndərdiyi mesajı göstərdi. Nazim mesajı oxuyub, halı dəyişir.

Rəhmətlik nənəm deyərdi ki, kişi var ki, kişilərin naxışdır. Kişi var ki, dindirməsən yaxşıdır. Kişi var ki, dindirirsən can deyir, kişi var ki canı yalandan deyir.

Əhməd Orucoğlu

Bugün TV

Oxşar xəbərlər

“CinemaPlus” kinoteatrında “Çok aşk” romantik komediyası

Teymur Əziz

Britaniyanın “The Beatles” musiqi qrupu süni intellektin köməyi ilə yeni mahnı hazırladı

Bugün TV

E.Cəfərzadə : “İllər sonra Heydər Əliyevin sözləri birlik və həmrəylik sayəsində gerçək oldu…”

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu