Baş xəbərHadisə

Yanacaqdoldurma məntəqəsində partlayış baş verdi

Bugun.tv xəbər verir ki, Rusiya Federasiyasında partlayış baş verib. Hadisə Dağıstan Muxtar Respublikasında olub. Yanğına səbəb yanacaqdoldurma məntəqəsindəki partlayış olub.

TRT Haber”in məlumatına görə, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib. Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov bəyan edib ki, ötən gecə Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların müalicəsi davam edir.

Məlikov qeyd edib ki, partlayış nəticəsində ölənlərin sayı 27-yə, yaralıların sayı isə 102-yə çatıb. Dağıstan İstintaq Komitəsi də hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

 

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu