Image default
Dünya

Yanğın fəlakəti! Onlar alov tələsindən xilas ola bilməyiblər

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın fəlakətə səbəb olub. Alovda qalan 14 nəfər həyatını itirərkən, 6 nəfər isə yaralanıb.

Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında baş verən yanğın nəticəsində azı 14 nəfər ölüb, 6 nəfər yaralanıb. Vyetnamda yaşayış binasında baş verən yanğın fəlakətə səbəb olub. Ölkənin paytaxtı Hanoyda yaşayış binası naməlum səbəbdən gecə saatlarında yanıb. Yanğınsöndürənlər 24 nəfərin olduğu binada yanğına müdaxilə edərkən, binanın eni 2 metr olan dar küçədə yerləşməsi yanğının söndürülməsini çətinləşdirib. Təxminən 1 saat ərzində nəzarət altına alınan yanğında ən azı 14 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib. Səlahiyyətlilər yanğının binanın 1-ci mərtəbəsindəki elektrik velosiped mağazasında baş verdiyini qiymətləndirib və ətraflı araşdırma başlandığını açıqlayıb. Vyetnam Baş Statistika İdarəsinin məlumatına görə, bu ilin ilk dörd ayında ölkədə ümumilikdə 1555 yanğın və partlayış baş verib. 28 nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən yanğın və partlayışlar nəticəsində təxminən 3,5 milyon dollar maddi ziyan dəyib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

ABŞ-ın ilk Papası Müstəqillik Günü ərəfəsində Azadlıq Medalı ilə təltif olundu

Aynur Camal

Böyük Britaniyada xidmət sektoru son illərin ən zəif nəticəsini göstərib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu