21 C
Baku
11 İyun 2025, 4:07
Baş xəbər

Yanvarın 05-də gözlənilən hava şəraiti

 Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata əsasən, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

 Havanın ümumi temperaturu gecə 5-8°, gündüz 8-12° isti olacaq. Bakıda isə gecə 6-8°, gündüz 9-11° isti gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

 Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti, lakin bəzi şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacağı, bəzi yerlərdə isə Qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Elmdə inqilab edən azərbaycanlı alim

Aynur Camal

Füzulidə incəsənət məktəbinin təməli qoyulub

Aynur Camal

“Neftçi” Ağdam klubunu qəbul edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu