27 C
Baku
28 İyun 2025, 10:20
Baş xəbər

Yanvarın 12-də gözlənilən hava şəraiti

 Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yanvarın 11-dən 12-nə keçən gecə bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 784 mm civə sütunundan 781 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Yanvarın 11-dən 12-nə keçən gecə şəhərətrafı yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında  bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Çində robotlar insanlarla bərabər yarım marafon qaçır

Aynur Camal

Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində Qəzzada 29 BMT rəsmisi həlak oldu

Bugün TV

Pakistanın keçmiş baş naziri məhkəmə qarşısına çıxarıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu