Baş xəbərDünya

Yaponiya Orta Dəhlizin rəqəmsallaşdırılması layihəsinə qoşulur

Bugun.tv xəbər verir ki, bunu Astanada jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Takeşi İvaya ilə görüşdən sonra deyib. Onun sözlərinə görə, ölkələr arasında hava nəqliyyatının genişləndirilməsi çərçivəsində gələn ildən birbaşa Almatı-Tokio reysinin açılması da planlaşdırılır. Baş nazirin müavini əlavə edib: “Bundan başqa, nüvə energetikası, nüvə yanacağının istehsalı və ixracı, eləcə də nüvə təbabəti sahələrində əməkdaşlıq üçün böyük potensial var. Ölkəmiz yaşıl transformasiya və yüksək texnologiyalar üçün zəruri olan nadir və strateji əhəmiyyətli elementlərin zəngin ehtiyatlarına malikdir. Yaponiyada “yaşıl” texnologiyaların istehsalı üçün lazım olan 32 növ xammaldan 22-si məhz Qazaxıstanda hasil edilir”.

Bugün TV

Oxşar xəbərlər

Popkorn niyə çölə doğru açılır? Səbəbi təzyiq və buxardır

Aynur Camal

Tramp ABŞ-ın dizel ixracını qadağan edə biləcəyini açıqladı

Aynur Camal

Fransada lisey şagirdlərinin etirazlarında 202 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu