24 C
Baku
8 Sentyabr 2025, 3:27
Dünyaİqtisadiyyat

Yaponiya Rusiyaya avtomobil ixracı qadağasını uzatdı

Ukrayna-Rusiya müharibəsinə görə G7 ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara uyğun olaraq Yaponiya avtomobillərin ixracına qoyulan qadağanın müddətini uzadıb.

Bugun.tv xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

Sənədə əsasən, yeni və işlənmiş benzin və dizel, mühərrik silindrləri, tutumu 1900 kub santimetrə qədər olan avtomobillərin, həmçinin elektrik və hibrid nəqliyyat vasitələirinin Rusiyaya ixracı qadağan olunub.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Nişimura Yasutoşi sanksiyaları beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində qətiyyətlə həyata keçirəcəklərini bəyan edib.

Yaponiyanın Rusiyaya ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən yüzdə 30 azalaraq, təxminən 4,3 milyard dollara enib.

Xatırladaq ki, 2022-ci ilin mayında Yaponiya Rusiyaya 43 min dollardan çox dəyəri olan avtomobillərin ixracını qadağan etdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Yaponiyada meşə yanğını: 150 nəfər təxliyə edilib

Aynur Camal

Ukrayna-Rusiya sülh danışıqları İstanbulda keçiriləcək

Aynur Camal

Niyə 65-70°C-dən daha isti içkilər içmək olmaz?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu