Image default
Baş xəbərDünya

Yaponiya tezliklə “Patriot” raketlərinin ötürülməsi ilə bağlı ABŞ-la məsləhətləşmələrə başlayacaq

Yaponiya və ABŞ nümayəndələri 2024-cü ilin əvvəlində Yaponiya silahlı qüvvələrinin “Patriot” müdafiə sistemləri üçün mövcud olan raketlərin Amerika tərəfinə verilməsi məsələsi ilə bağlı məsləhətləşmələrə başlayacaqlar.

Bugun.tv xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Məlumata görə, ilk növbədə təyyarələrin və qanadlı raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş PAC-2 raketlərinin tədarükünün əlaqələndirilməsinə başlamaq planlaşdırılır. Gələcəkdə Yaponiya ABŞ-ı ballistik raketlərə qarşı mübarizədə istifadə olunan PAC-3 raketləri ilə təmin edəcək.

Yaponiya hökuməti dekabrın 22-də müdafiə ixracı qaydalarını yüngülləşdirərək Patriot raketlərinin ABŞ-a və 155 mm-lik artilleriya mərmilərinin Böyük Britaniyaya göndərilməsinə icazə verdi. O vaxta qədər Tokio ABŞ-a yalnız müdafiə avadanlığı komponentlərini ixrac edə bilərdi. Güzəştlər istehsal lisenziyası vermiş ölkələrə hazır avadanlıqların tədarükünə imkan verəcək.

Bugün TV

Oxşar xəbərlər

Hindistan elektronika istehsalını artırmaq üçün bəzi komponentlərin idxal rüsumlarını ləğv etdi

Aynur Camal

İngiltərə və Uelsdə oğlan uşaqlarına ən çox verilən ad ardıcıl üçüncü dəfə Məhəmməd oldu

Aynur Camal

ABŞ-da 26 yaşlı siyasətçi Konqresin ən gənc üzvlərindən biri olmağa hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu