dünyanın sonu iddiası, Coşua Mlakela, Cənubi Afrika pastoru, sosial şəbəkələrdə müzakirə, dini proqnozlar, NASA açıqlaması, kosmik təhlükələr, oktyabr 2026
Dünya

Pastorun “dünyanın sonu” ilə bağlı iddiası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Bugun.tv xəbər verir ki, Cənubi Afrikadan olan pastor Coşua Mlakelanın 2026-cı il oktyabrın 12–13-də möminlərin göyə yüksələcəyi ilə bağlı iddiası sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

“Mail.ru” nəşrinin məlumatına görə, pastor bu tarixləri ona Tanrı və İsa Məsih tərəfindən bildirildiyini iddia edib. O, söhbətin Yer kürəsinin məhv olmasından deyil, xristian inanclarında “göyə yüksəlmə” kimi tanınan hadisədən getdiyini bildirib. Bu inanca görə, möminlərin böyük fəlakətlərdən əvvəl göyə yüksələcəyi düşünülür.

Pastor əvvəlki proqnozunu da dəyişib

Coşua Mlakela daha əvvəl bu hadisənin 2025-ci il sentyabrın 23-də baş verəcəyini iddia etmişdi. Həmin proqnoz gerçəkləşmədikdən sonra pastor Tanrının insanlara tövbə etmək üçün əlavə vaxt verdiyini bildirib.

O, yeni tarixləri təqvimlə bağlı yanlış hesablamalarla izah edib və hadisənin oktyabr ayında baş verəcəyini irəli sürüb.

İddiaların elmi əsası yoxdur

Nəşr qeyd edir ki, sosial şəbəkələrdə pastorun açıqlamaları bəzən “dünyanın sonu” kimi təqdim olunur. Halbuki onun öz açıqlamasında söhbət Yer kürəsinin məhvindən deyil, dini inanc çərçivəsində təsvir edilən hadisədən gedir.

Belə proqnozların gerçəkləşəcəyini təsdiqləyən elmi sübut yoxdur. NASA-nın Yerə yaxın asteroid və kometləri izləyən mütəxəssislərinin məlumatlarına əsasən, hazırda planet üçün təhlükə yaradan məlum kosmik obyekt müəyyən edilməyib.

Mütəxəssislər və rəsmi qurumların məlumatları ilə təsdiqlənməyən bu cür iddialara ehtiyatla yanaşmaq, əsassız qorxu və təşviş yaradan paylaşımları fakt kimi qəbul etməmək vacibdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Johnson & Johnson” şirkətinin gəliri 25,4 milyard dollara çatdı

Aynur Camal

Hava limanında uçuşlarla bağlı məhdudiyyətlər davam edir

Aynur Camal

Məktəb ekskursiyası faciə ilə nəticələnib: yeniyetmə həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu