16 C
Baku
21 Noyabr 2024, 15:25
Baş xəbərDünya

Yaponiya və ABŞ-ın birgə aviabazası üçün “səs-küy kompensasiyası” qərarı

Yaponiya məhkəməsi ABŞ ilə ortaq hava bazasından havaya qalxan təyyarələrin səs-küyünə görə baza ətrafında yaşayanlara təzminat ödənilməsinə qərar verib. Yokohama Rayon Məhkəməsi təxminən 8700 şikayətçinin Tokio yaxınlığındakı Atsugi Hava Bazasından havaya qalxan təyyarələrin səs-küyünə qarşı qaldırdığı iş üzrə qərarını açıqlayıb.

Məhkəmə öz qərarında Yaponiya hökumətini səs-küy nəticəsində yaranan “keçmiş narahatlıqlara” görə ümumilikdə 5,9 milyard yen (təxminən 38 milyon dollar) təzminat ödəməyə məcbur edib.

NHK dövlət televiziyasının məlumatına görə, qərar hərbi bazadan uçuşların dayandırılması və “gələcək narahatçılığa” görə hərtərəfli kompensasiyanın ödənilməsi tələblərini rədd edib.

Hakimlər Kollegiyasının sədri Okada Nobuhiro qərarda uçuşların “ictimai xarakterindən” xəbərdar olduqlarını və səs-küy çirkliliyinin azaldılmasına əhəmiyyət verdiklərini bildirib.

Yaponiya Müdafiə Nazirliyinə bağlı Cənubi Kanto Müdafiə Bürosunun bəyanatında qeyd olunub ki, “qərarın məzmunu bundan sonra diqqətlə qiymətləndiriləcək və müvafiq təşkilatlarla müvafiq cavab veriləcək”.

 ABŞ tərəfinə israrlı çağırışlar davam edəcək

Qərardan sonra jurnalistlərə verdiyi açıqlamada Kanagava prefekturasının qubernatoru Kuroiwa Yuuji Atsugi bazası ətrafında “səs-küy zərərinin dözülən həddi aşan” olduğunu bildirib.

Qubernator Kuroiva, “Zərərin şiddətini bir daha ciddi qəbul etməliyik” dedi və problemin köklü həlli üçün ABŞ tərəfinə israrlı çağırışlarını davam etdirəcəklərini bildirdi.

Paytaxt Tokio ilə həmsərhəd Kanagava əyalətinin Yamato və Ayase şəhərləri arasında yerləşən Atsugi bazasından Yaponiya Özünümüdafiə Qüvvələri (SDQ) və ABŞ ordusu birgə istifadə edir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Si Cinpin Zelenski ilə virtual görüş keçirməyi planlaşdırır

Nigar Məmmədova

312 kilo narkotik ələ keçirildi

Kəmalə Sultan

“Scopus” və “Web of Science” üzrə mütəxəssis hazırlığına start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu