Baş xəbərDünyaHadisə

Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.

Bugun.tv xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi Yaponiyanın cənubunda 6,4 və 5 bal gücündə ardıcıl iki zəlzələnin baş verdiyini açıqlayıb.

6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.

Agentlik zəlzələlərin episentrinin Yaponiyanın Kyuşu və Şikoku adalarını ayıran boğaz olan Bunqo-suido boğazı olduğunu və sunami xəbərdarlığının verilmədiyini bildirib.

Bunqo-suido boğazı Seto daxili dənizini Filippin dənizi ilə birləşdirir.

Bugün TV

Oxşar xəbərlər

Ufa Universiteti BRICS+ ölkələrinin vahid təhsil məkanında təmsil olunacaq

Aynur Camal

Buzlaqların əriməsi 250 partlamamış sursatı üzə çıxardı

Aynur Camal

“Arnab” siklonu təhlükəsi: on minlərlə insan təxliyə olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu