19 C
Baku
23 Oktyabr 2025, 10:39
Baş xəbərDünyaHadisə

Yaponiyada 6,4 bal gücündə zəlzələ baş verib

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.

Bugun.tv xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi Yaponiyanın cənubunda 6,4 və 5 bal gücündə ardıcıl iki zəlzələnin baş verdiyini açıqlayıb.

6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.

Agentlik zəlzələlərin episentrinin Yaponiyanın Kyuşu və Şikoku adalarını ayıran boğaz olan Bunqo-suido boğazı olduğunu və sunami xəbərdarlığının verilmədiyini bildirib.

Bunqo-suido boğazı Seto daxili dənizini Filippin dənizi ilə birləşdirir.

Bugün TV

Oxşar xəbərlər

“Qərb Rusiyanın ərzaq və gübrəsinə sanksiyalar tətbiq etməsə, biz Taxıl Sazişinə qayıda bilərik”

Kəmalə Sultan

Firudin Qurbanov Şuşa, Xankəndi və Xocalı məktəblərində oldu

Aynur Camal

Təyyarə yaşayış məntəqəsinə düşdü

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu