Miyazaki hava limanında baş verən partlayışın səbəbinin ABŞ istehsalı olan 227 kiloqramlıq müharibə dövründən qalma bomba olduğu müəyyən edilib. Sabah hava limanının yenidən fəaliyyətə başlayacağı açıqlanıb. Yaponiyanın Miyazaki hava limanında səhər saatlarında güclü partlayış baş verib.
Səbəbi məlum olmayan partlayışdan sonra diametri 7 metr, dərinliyi 1 metr olan çuxurun əmələ gəldiyi açıqlanıb.
Eniş zolağının bir hissəsində baş verən partlayış o qədər təsirli olub ki, hətta uzaq yaşayış məntəqələrindən belə hiss olunub.
Partlayışdan sonra ərazidə araşdırma aparılıb, böyük dağıntı və insan tələfatı olmadığı bildirilir.
Araşdırmalardan sonra partlayışın səbəbi bəlli olub.
Polis və Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, partlayış 227 kiloluq müharibə dövründə ABŞ istehsalı olan bomba tərəfindən törədilib.
Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi mövzu ilə bağlı verdiyi açıqlamada hadisə yerində texniki araşdırmaların davam etdiyini bildirib və “İkinci partlayış riski yoxdur” deyib.
Hayaşi bildirib ki, Miyazaki hava limanının təmir işləri başa çatdıqdan sonra sabah səhər saatlarından etibarən yenidən fəaliyyətə başlaması gözlənilir.
Miyazaki Hava Limanı rəhbərliyi hadisə ilə əlaqədar bu günə planlaşdırılan 66 reysin ləğv edildiyini açıqlayıb.
Daha əvvəl Miyazaki hava limanında müharibə dövründən ABŞ istehsalı olan sursatların tapıldığı öyrənilib.
Mənbə: EnSonHaber