23 C
Baku
26 Sentyabr 2026, 12:51
Baş xəbərDünya

Yaponiyada helikopter faciəsi! Uçuşdan 10 dəqiqə sonra dənizə düşdü: 3 ölü

Yaponiyanın Naqasaki prefekturasının sahillərində təcili yardım helikopterinin dənizə düşməsi nəticəsində 3 nəfər ölüb.

Qəzadan 3 nəfər sağ qalıb.Yaponiyada 6 nəfərin olduğu təcili yardım helikopterinin dənizə düşdüyü bildirilir. Yaponiya Sahil Mühafizəsindən əldə edilən məlumata görə, vertolyot təcili yardım maşını Naqasaki prefekturasındakı Tsuşima adasından Fukuoka prefekturasındakı xəstəxanaya qalxdıqdan təxminən 10 dəqiqə sonra saat 13:43 radələrində əlaqə kəsilib. Xəbər alındıqdan sonra naviqasiya marşrutu boyunca axtarışlara başlanılıb və helikopter dəniz səthində tərs vəziyyətdə aşkar edilib. Helikopterdə olan 6 nəfərdən 3-nün hadisə yerindən sağ-salamat xilas edildiyi açıqlanıb. Bildirilib ki, 86 yaşlı qadın xəstə, 68 yaşlı oğlu və onu müşayiət edən 34 yaşlı kişi həkim dünyasını dəyişib. Dənizdə helikopterə ciddi ziyan dəymədiyi üçün pilotun qəzadan əvvəl təcili eniş etməyə cəhd etdiyi düşünülüb və hadisə ilə bağlı ətraflı araşdırma başlanıb.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Alimlər iki yeni qəribə dəniz hörümçəyi növü aşkarlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu