Image default
DünyaSiyasət

Yaponiyada ikinci paytaxtın yaradılması ilə bağlı qanun layihəsi qəbul edildi

Yaponiya parlamentinin aşağı palatası olan Nümayəndələr Palatası təbii fəlakətlər və fövqəladə hallar zamanı Tokionun əsas dövlət funksiyalarını davam etdirə biləcək ehtiyat “ikinci paytaxt”ın yaradılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi hakim Liberal Demokrat Partiyası (LDP) və koalisiya tərəfdaşı olan Yaponiya İnnovasiya Partiyası (JIP) tərəfindən hazırlanıb. Sənədə əsasən, baş nazir əhalinin sayı, iqtisadi potensial və digər meyarları nəzərə alaraq vilayətlərdən daxil olan müraciətlər arasından ikinci paytaxt kimi istifadə olunacaq bölgəni müəyyən edəcək.

Layihədə qeyd olunur ki, seçiləcək bölgə Tokio ilə eyni təbii fəlakət risklərinə malik olmamalıdır. Məqsəd güclü zəlzələ və ya digər iri miqyaslı fövqəladə hadisələr zamanı ölkənin idarəetmə sisteminin fasiləsiz fəaliyyətini təmin etməkdir.

Yaponiya zəlzələlərin tez-tez baş verdiyi ölkələrdən biri olduğundan hökumət uzun illərdir dövlət idarəçiliyinin davamlılığını təmin edəcək alternativ mərkəzin yaradılması imkanlarını nəzərdən keçirirdi.

Hakim partiyalar qanun layihəsinin cari qanunvericilik dövrü başa çatmamış parlamentin yuxarı palatası olan Müşavirlər Palatasında da qəbul edilərək qüvvəyə minəcəyinə ümid edirlər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Türkiyənin sülh səylərinə görə minnətdarıq

Aynur Camal

Parkın altında gizlənən sirr: Ziyarətçilər illərlə fərqinə varmadan tarixi su anbarının üzərində gəziblər

Aynur Camal

Lavrov: Afrika hələ də müstəmləkəçilik siyasətinin iqtisadi nəticələrini yaşayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu