6 C
Baku
18 Yanvar 2026, 16:50
Baş xəbərDünya

Yaponiyada meşə yanğını: 150 nəfər təxliyə edilib

Yaponiyanın Xirosima prefekturasının Etajima şəhərində meşəlik ərazidə yanğın baş verib. Bölgəyə yaxın bir qocalar evində qalan 150 nəfər təhlükəsizlik səbəbilə təxliyə edilərkən, alova müdaxilə davam edir.

Dünya ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınlarından danışarkən, bu dəfə Yaponiyada yanğın panikası yaşanıb. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, yerli vaxtla saat 09.40 radələrində Xirosima prefekturasının Etajima şəhərində meşə sahəsində yanğın baş verib. Qurumun Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) aid atış poliqonunun sərhədləri daxilində olduğu bildirilib və yanğın zamanı partlayıcı təlimlərin keçirildiyi açıqlanıb.

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın narahatlıq yaradıb. Bölgəyə yaxın bir qocalar evində qalan 150 nəfərin təhlükəsizlik səbəbiylə təxliyyə edildiyi, ilkin təsbitlərə görə can itkisi və yaralanmanın olmadığı bildirilib. Çox sayda yanğınsöndürmə qrupunun alovlara müdaxiləsinin davam etdiyi bildirilib.

Polis yanğının sahədəki hərbi təlimlə bağlı olub-olmadığını müəyyən etmək və onun dəqiq səbəbini müəyyən etmək üçün araşdırma başlandığını açıqlayıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Bakıda İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi rəsmi təqdimatını keçirdi

Aynur Camal

Azərbaycan “Mastercard”la tranzit daşımaları üzrə əməkdaşlığı müzakirə edib

Aynur Camal

Azərbaycan – BMT arasında WUF13 forumuna dair mühüm saziş imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu