Dünyaİqtisadiyyat

Yaponiyada qızılın satış qiyməti rekord həddə çatdı

Yaponiyada qızılın pərakəndə satış qiyməti ən yüksək səviyyəyə çataraq, 9000 yen (66,94 dollar) təşkil edib.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin nəhəng qiymətli metal istehsalçılarından olan Tanaka Kikinzoku məlumat yayıb.

Rekord qiymət, Amerikanın ən böyük banklarından biri olan Silicon Valley Bank-ın iflasından sonra investorlar tərəfindən müəyyən edilib.

Bu arada, Tokio Əmtəə Birjasında qızıl fyuçerslərinin dəyəri bazar ertəsi 8100 yen (60,2 dollar) ətrafında olub.

Qeyd edək ki, martın 10-da Kaliforniya Maliyyə Müdafiəsi Departamenti Silicon Valley Bank-ın iflasını elan etdi.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Yeni nəsil “yaşıl damlar” enerji qənaətində populyarlıq qazanır

Aynur Camal

Google-dan imtina edildi: Qwant əsas axtarış sistemi olacaq

Aynur Camal

Tanzaniya və Rusiya ticarət və investisiya əməkdaşlığını genişləndirəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu