8 C
Baku
19 Fevral 2026, 22:21
Digər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Osaka qızıl ianə, Yaponiya su sistemi, 21 kiloqram qızıl bağış, Osaka bələdiyyəsi, Yokoyama Hideyuki, Yaponiya infrastruktur layihəsi, gizli ianə xəbəri

Osaka şəhərində su infrastrukturunun yenilənməsi üçün bələdiyyəyə 21 kiloqram qızıl bağışlanıb.

Mainichi Shimbun qəzetinin məlumatına görə, Osaka meri Yokoyama Hideyuki bildirib ki, adının açıqlanmasını istəməyən bir şəxs 2025-ci ilin noyabr ayında Su İşləri İdarəsinə 566 milyon yen (təxminən 3,6 milyon dollar) dəyərində qızıl təqdim edib.

Merin sözlərinə görə, ianəçi “Su təchizatı layihəsinə kömək etmək istəyirəm” deyə bildirib. Yokoyama bu məbləğin olduqca təəccüblü olduğunu vurğulayaraq, vəsaitin su infrastrukturu layihəsində diqqətlə istifadə olunacağını qeyd edib.

Məlumata əsasən, həmin şəxs 2025-ci ilin oktyabr ayında da 500 min yen (təxminən 3 300 dollar) məbləğində nağd ianə edib.

Bələdiyyə rəhbərliyi bağışlanan qızılı sataraq əldə ediləcək gəliri şəhərdə köhnəlmiş su borularının dəyişdirilməsi layihəsinə yönəltməyi planlaşdırır.

Qeyd edək ki, təxminən 2,8 milyon əhalisi olan Osaka Yaponiyanın əsas ticarət mərkəzlərindən biri hesab olunur. Yerli mediada daha əvvəl şəhərin su sisteminin yenilənməsi layihəsinin xərclərin planlaşdırılandan artıq olması səbəbilə ləngidiyi bildirilmişdi.

Osaka qızıl ianə, Yaponiya su sistemi, 21 kiloqram qızıl bağış, Osaka bələdiyyəsi, Yokoyama Hideyuki, Yaponiya infrastruktur layihəsi, gizli ianə xəbəri
Qızıl külçə

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu