Baş xəbərDünya

Yaponiyada yığılan yaşıl çay rekord qiymətə satıldı

Yaponiyada yaşıl çayı ilə məşhur olan Şizuokada mövsümün ilk məhsulunda bir kiloqram çay yarpağı 1,11 milyon yapon yeninə (təxminən 12 min 200 AZN) alıcı taparaq rekord qırıb.

Bugun.tv xəbər veruir ki, NHK dövlət televiziyasının məlumatına görə, Tokionun cənubundakı Şizuoka şəhərində 1957-ci ildən bəri keçirilən ənənəvi çay bazarında mövsümün ilk auksionu keçirilib.

Hərracda ölkə daxilində istehlak edilən məşhur “yabukita” növü yaşıl çay yarpaqlarının kiloqramı 1,11 milyon yen, bu günə qədərki ən yüksək qiymətə satılıb.

Fermerlərin bağlı olduğu Ryoqoçi Çay Sənayesi Dərnəyinin prezidenti Hideki Moçizuki açıqlamasında “Xoş qoxulu çay istehsal etdik. Ümid edirik ki, dadı və ətri insanların xoşuna gələcək” dedi.

Hərracda satılan çayın orta qiyməti kiloqramı üçün 77 min 637 yen (501 dollar) olub.

Bugün TV

Oxşar xəbərlər

Azərbaycanlı alim Seymur Nəsirov Seneqal səfirliyi tərəfindən təltif olundu

Aynur Camal

Caitlin Klark uşaqlıq evindəki güzgüdə yazılan fikirdən uşaq kitabı yaratdı

Aynur Camal

ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirdiyini təsdiqləyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu