31 C
Baku
24 Sentyabr 2026, 20:19
Baş xəbərDünya

Yaponiyada zəlzələdə ölənlərin sayı 161-ə çatdı

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.

Bugun.tv Yaponiya mediasına istinadla xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 500-dən çox xəsarət alan var. İtkin düşənlərin sayı 103 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Yağışlı hava şəraiti axtarış işlərinə mənfi təsir edir.

Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.

Bugün TV

Oxşar xəbərlər

Politoloq: İran nüvə silahı əldə edə bilər

Aynur Camal

Hücumlar Qəzzada zeytun istehsalını 90 faiz azaltdı

Aynur Camal

Bu il isti hava səbəbindən 600-dən çox insan öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu