Türkiyədə, daha sonra müxtəlif ölkələrdə baş verən zəlzələlərdən sonra vətəndaşlarda narahatlıq, həyəcan yaranıb. Hər kəsi Azərbaycanda zəlzələnin ola bilmə ehtimalı ilə yanaşı, digər bir sual da maraqlandırır. “Görəsən, yaşadığım ev, bina, mənzil seysmoloji proseslərə dayanıqlıdırmı?” və ya “Mən nə qədər təhlükəsizəm?”.
Bugun.tv bu gün də şəhərdə ənənəvi sorğu keçirib. Bu dəfə paytaxt sakinlərindən evlərinin zəlzələyə davamlılığına əmin olub-olmadıqları soruşulub.
Cavablar müxtəlif olub. “Həyət evi olduğu üçün təhlükəsizliyimdən narahat deyiləm. Möhkəm tikilib. Buna görədə rahatam”, “Mən əmin deyiləm. Düşünmürəm ki, zəlzələyə davamlı bir binada yaşayıram. Hər şey ola bilər. Ona görə də qorxuram”, “Evimin tikinti prosesini mən özüm müşahidə etmişəm. Nəzarətimdə olub, zənnimcə yaxşıdı. Amma təbii ki, 9-10 bala davamlı olacağına inanmıram. Allah qorusun!”, “Əmin deyiləm. Köhnə yaşayış binasıdı. Hər şey ola bilər”, “Yeni tikilən binalara ümid heç yoxdu. Nə varsa, yenə köhnələrdə var. Mən də “xuruşovka”da yaşayram. İnşallah, heç nə olmaz”, “Hansı evdə yaşamaqla deyil. Bu zəlzələ Allaha bağlıdı. Türkiyədə də gördük də. Elə dağılmış evlərin altndan sağ çıxanlar oldu ki, sadəcə, şok yaşatdı, inanılmaz idi” və sair deyən, paytaxt sakinləri öz fikirlərini Bugun.tv ilə bölüşüblər.
Müxbir: Qaytən Qasımzadə
Operator: Salman Salmanov