Digər

C.Bayden: “Heç kim qanundan üstün deyil”

Bugun.tv xəbər verir ki, ABŞ-da iki bankın müflis olması və qlobal bazarlara mənfi təsirindən sonra ABŞ prezidenti Co Bayden ictimaiyyətə açıqlama verib. Bayden, Silikon Vadisi Bankı və İmza Bankına nəzarət etdiklərini söyləyib. ABŞ bank sisteminin təhlükəsiz olduğunu bildirən Bayden, belə halların bir daha yaşanmasının qarşısını almalı olduqlarını bildirib.

“FDIC Silicon Valley Bank və Signature Bankın aktivlərinə nəzarəti ələ keçirdi. Administrasiyanın sürətli addımı amerikalıları ABŞ bank sisteminin təhlükəsiz olduğuna əmin etməlidir. Amerikalı vergi ödəyiciləri üçün heç bir zərər olmayacaq. SVB və Signature Bank üçün pul sığorta fondlarının haqlarından gələcək. Banklarda investorlar qorunmayacaq, heç kim qanundan üstün deyil. Belə halların bir daha təkrarlanmasının qarşısını almalıyıq. Mən Konqresdən və tənzimləyicilərdən bank qaydalarını gücləndirməyi xahiş edəcəyəm. Bununla kifayətlənməyəcəyik, nə lazımdırsa, edəcəyik”,- deyə ABŞ-ın prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu