Sosial

Yasamal rayonunda ağaclar iaşə obyektləri ilə əvəz olunur

Paytaxtın Yasamal rayonunda təbiət, iaşə obyektlərinin qurbanına çevrilib. Bu qanunsuzluq Şərifzadə küçəsi 144 ünvanı, “Qəbələ Residence” yaşayış massivinin sol hissəsində qeydə alınıb. Müşahidələr nəticəsində məlum olub ki, həmin ərazidəki ağaclar kökündən qoparılaraq, yeni iaşə obyektləri ilə əvəz olunur.
Bugun.tv olaraq, məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini, Təravət Muradova ilə əlaqə saxladıq. O, məsələdən xəbərsiz olduğunu dedi. Daha sonra ünvanı dəqiqləşdirərək, ərazi idarəetmə şöbəsinə bununla bağlı məlumat verildiyini, yaxın zamanda müvafiq tədbirlər görüləcəyini bildirdi.

Həmin foto və videogörüntüləri reportyor.info – ya istinadən sizə təqdim edirik

Oxşar xəbərlər

Həkim səhər yeməyi, nahar və axşam yeməyi üçün ən uyğun saatları açıqladı

Aynur Camal

The Guardian: Özünəinamı artırmağın yolları – psixoloqlar və ekspertlərdən yeni tövsiyələr

Aynur Camal

Anasız uşaqlara həsr olunan yeni layihə – “ANA həsrəti”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu