Rusiya dronu Rumıniyada, Qalati şəhəri xəbərləri, NATO sərhədində gərginlik, Rusiya Ukrayna müharibəsi, Rumıniya hava məkanı, F-16 Rumıniya, dünya xəbərləri
Dünya

Yaşayış binasına Rusiya PUA-sı düşdü: 2 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Rumıniyanın Qalati şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi nəticəsində yanğın baş verib, 2 nəfər yaralanıb.

Rumıniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Ukraynanın mülki və infrastruktur obyektlərinə Rumıniya sərhədi yaxınlığında yenidən PUA hücumları təşkil edib. Bildirilib ki, pilotsuz uçuş aparatlarından biri Rumıniya hava məkanına daxil olub və radar vasitəsilə Qalati şəhərinin cənub hissəsinədək izlənilib.

Nazirliyin açıqlamasında qeyd olunub ki, PUA yaşayış binasının damına çırpılıb və nəticədə yanğın baş verib.

Hadisədən sonra təhlükəsizlik məqsədilə Rumıniyaya məxsus iki F-16 döyüş təyyarəsi və bir IAR 330 SOCAT helikopteri havaya qaldırılıb. Bölgə sakinlərinə isə RO-Alert fövqəladə xəbərdarlıq mesajları göndərilib.

Rumıniya Fövqəladə Hallar Xidməti yanğının operativ şəkildə söndürüldüyünü və hadisə nəticəsində iki nəfərin xəsarət aldığını açıqlayıb.

Rumıniyanın NATO üzvü olması səbəbindən hadisənin Rusiya-Ukrayna müharibəsinin alyans sərhədlərinə yaxınlaşması ilə bağlı narahatlıqları artırdığı bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Payızda yorğunluq və yuxululuq niyə artır? Mütəxəssislər səbəbləri açıqlayır

Aynur Camal

Rusiya dörd Avropa ölkəsindən olan şirkətlərin aktivlərini idarəetməyə verdi

Aynur Camal

Ukraynada polad istehsalı tamamilə dayandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu