11 C
Baku
3 Dekabr 2025, 12:14
Baş xəbərHadisə

Yaşayış binasında yanğın olub – Yenilənib

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Bugun.tv xəbər verir ki, nu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzildə qeydə alınan yanğın FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Xatırladaq ki, səhər saatlarında FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Aynur Camal

Oxşar xəbərlər

Meşə yanğını oldu

Bugün TV

155 milyon il əvvəl parçalanan bu qitə tapıldı

Bugün TV

Evdə quşları bəsləmək üçün məsləhətlər: Bu detallara diqqət yetirin!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu